İnsanların iş təklifi almasını və yeni həyatlarına başlamasını görməyi çox sevirik! 🙂

İş təklifləri onlar üçün karyera dəyişikliyi, yeni ölkəyə köç, maliyyə sabitliyi, şəxsi həyatında yeni mərhələ, yeni avtomobil, yeni mənzil və ya həyatında tamamilə yeni bir səhifənin başlanğıcı olub.

Çünki bilirik ki, iş təklifi sadəcə yeni vəzifə demək deyil…

Almaniyada yaşamaq onun arzusu idi. Və 2 iş təklifi əldə edərək onun xəyalını reallaşdırmağa kömək etdik 🇩🇪

…Almaniyaya köçmək onun arzusu idi, amma orada işləmək üçün hüquqi icazəsi yox idi.

Onun üçün hazırlıq və inkişaf planı qurduq. Bir il ərzində hazırlaşdı və daha sonra A–Z Proqramımıza qoşuldu.

Cəmi iki ay sonra Almaniyadan viza dəstəyi ilə iki iş təklifi aldı.

Maliyyə çətinliklərindən nəhayət ailə qurmağa qədər. ❤️

3 ildir nişanlı olan bir müştərimiz maddi çətinliklər səbəbindən evlənə bilmirdi.

Ona daha yaxşı iş tapmaqda dəstək olduq.

Qısa müddət sonra onlar nəhayət ailə qurdular.

Daha McDonald’s-da işləmək istəmirdi. 20 gün sonra iki bank onu işə dəvət etdi.

İllərlə McDonald’s-da işlədikdən sonra tamamilə fərqli bir karyera qurmaq istədiyini bilirdi. Onun üçün keçidə hazırlaşmaq məqsədilə inkişaf planı hazırladıq və 6 ay ərzində hazırlaşdı.

İş axtarışına başladıqdan cəmi 20 gün sonra iki böyük bankdan iş təklifi aldıq.

(Video Azərbaycan dilindədir)

Taksi Sürücülüyündən İlk Korporativ İşinə

4 il taksi sürücüsü kimi çalışmış müştərimiz şirkətdə işləmək istəyirdi.

Bizə müraciət edəndə elə ilk görüşdə hədəfini açıqca demişdi: korporativ karyera qurmaq.

Keçid üçün onu hazırladıq və başladıqdan sonra cəmi 40 gün ərzində ilk korporativ iş təklifini aldı.

Bu gün dünyanın ən böyük konsaltinq şirkətlərindən birində çalışır.

Polşaya köçmək və Qlobal Şirkətlərdə Karyera Qurmaq İstəyən Cütlük

  • Azərbaycandan Polşaya köçmək və köçdükdən sonra qlobal şirkətlərdə karyera qurmaq – bu onların hədəfi idi.
  • Onların köçməzdən əvvəl hazırlaşması üçün plan hazırladıq ki, Polşaya gəldikdən sonra dərhal iş axtarışına başlaya bilsinlər.
  • Köçdükdən iki ay sonra həyat yoldaşı yeni işinə başladı.
  • Cəmi bir ay sonra isə həyat yoldaşı qlobal şirkətlərdən birində ilk iş gününə başladı.

Burger King-də İşləməkdən Yyorulmuşdu. Qlobal Karyera Qurmaq İstəyirdi.

  • Burger King-də işləyirdi və iş mühitinə görə demək olar ki, hər gün tualetdə ağladığını bizimlə bölüşmüşdü.
  • Onun üçün inkişaf və hazırlıq planı qurduq. O da bu prosesə ciddi şəkildə əməl etdi.
  • 44 gün sonra üç aparıcı şirkətdən iş təklifi aldı.

2 il idi ABŞ-da idi, amma karyerasını qurmaqda çətinlik çəkirdi.

Biz əməkdaşlığa başladıqdan sonra isə bizə offer almağa cəmi 44 gün lazım oldu.

Esmiralda iki il idi ki, ABŞ-da yaşayırdı və karyerasını qurmaq istəyirdi. Amma müraciətlərinə pozitiv cavab ala bilmirdi.

A-Z proqramı ilə əməkdaşlığa başladıq və onun CV-sini yenidən hazırladıq, LinkedIn profilini optimallaşdırdıq və məqsədyönlü iş axtarışına başladıq. Esmiralda prosesi sürətləndirmək üçün həmçinin “Vakansiyalara Müraciətlər” xidmətini də götürdü. Yəni, biz onun əvəzinə vakansiyalara müraciətlər də edirdik.

Nəticəmiz isə çox tez gəldi. Bəzi günlər olurdu ki gün ərzində 2-3 müsahibəsi olurdu.

44 gün sonra isə Mega Construction şirkətindən Marketing Manager vəzifəsi üzrə iş təklifi aldıq.

Onun Hekayəsini Dinləyin

Esmiraldanın karyera yolunu, qarşısına çıxan imkanları və bizimlə işləməyə başladıqdan sonra nələrin dəyişdiyini birbaşa özündən eşidin.

“Bu, hər bir mərhələni başdan sona əhatə edən yeganə karyera xidmətidir.”

Ahmad Yardimli

Software Engineer

20 gün ərzində Citi və Aviva-dan 2 iş təklifi aldı

Hər iş təklifinin arxasında bir hekayə var…

Müştərilərimiz üçün 200-dən çox iş təklifi əldə etmişik. Hər müştəri iş təklifini ictimai şəkildə paylaşmaq istəmir. Buna görə aşağıda yalnız paylaşılması üçün razılıq aldığımız iş təkliflərini təqdim edirik.